USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Brilliant Dadaşova: “Harada Azərbaycan musiqisi səslənəcəksə, mən onu dəstəkləyəcəm”

“Körpülərin altında yatanlar məhz həmin o boş-boğaz insanlardır ki, tənbəlliyə pərgardırlar, amma iş görmək lazım olanda min dəfə düşünürlər”.

Bunu ASAN Radioya müsahibəsində xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə müğənnilər haqqında müxtəlif yazılar dərc edən insanlar haqqında fikirlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, yaxşı yaşamaq üçün zəhmətkeş və pozitiv olmaq vacibdir. 

Brilliant Dadaşova qeyd edib ki, onun haqqında sosial şəbəkədə mənfi yaxud müsbət yazıların dərc edilməsi qətiyyən narahatlıq törətmir. “Əksinə, belə anlarda məni sevən insanların nə qədər çox olmasının şahidi oluram və bu, məni sevindirir. Bir daha sübut olunur ki, mənim musiqimlə, səsimlə yaşayanlar var. Bu, gözəllikdir.”

Xalq artistinin sözlərinə görə, müxtəlif millətlərin nümayəndələri Azərbaycan musiqiləri ilə müxtəlif tədbirlər keçirirlər. Bununla belə o, vurğulayıb ki, heç kim Azərbaycan musiqisinin incilərini özününküləşdirə bilməz, çünki həmin musiqi incilərinin üstündə artıq Azərbaycanın adı var.

Jurnalistlər içində çox savadlı insanlar olduğu kimi, çox savadsız, cümlə qura bilməyənlər də var” deyən müğənni son zamanlar sosial şəbəkədə erməni musiqiçisi Varujan Şahbazyanın paylaşımına “Super” sözlərini yazması ətrafında yaranmış qalmaqala münasibətini də açıqlayıb.

Harada Azərbaycan musiqisi səslənəcəksə, kimin tərəfindən səslənəcəksə, mən onu dəstəkləyəcəm, ona “Super” deyəcəm, mən ona təşəkkürümü bildirəcəm. O qışqıranlar heç vaxt mənim qarşımı ala bilməyəcəklər.”

Xalq artisti bildirib ki, gənc nəsilə həmişə milli musiqimizi təbliğ etməyi tövsiyyə edib: “Muqimizi – tərəkəməmiz olsun, Emin Sabitoğlunun mahnıları olsun, “Vağzalı”mız olsun, “Uzun Dərə”miz olsun – harada əgər bunu ifa edirlərsə, istəyir afrikalı ifa etsin, Siz ona münasibətinizi bildirin. Onu dəstəkləyin ki, onda bizim musiqiyə nifrət oyanmasın, bizim musiqini daha çox sevsin, daha çox təbliğ etsin.”

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!