Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxıb. ASAN Radionun məlumatına görə, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşıb.
İlk oyunda evdə 5:0 hesablı darmadağına sevinən çempionumuz formal cavab oyununda da qələbə qazanıb. Yeni transfer Donald Geryenin qolu matçda yeganə olub.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
18 iyul
“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Gerye, 22
Baş hakim: Srcan Yovanoviç
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”
İlk oyun – 0:5
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!