USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ASAN Radionun birgə keçirdiyi sorğu - VİDEO  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib.

Komitənin sədri Hicran Hüseynova Azərbaycan xalqının inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib:

“Ötən 25 ildə bütün sahələrdə olduğu kimi medianın da inkişafı göz önündədir. Bu, ölkə başçısının müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətin, qayğının göstəricisidir. Bu gün yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar özlərinə geniş oxucu auditoriyası toplayıb və qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Hazırda ailə və milli mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər mətbuat orqanlarında geniş işıqlandırılır”.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə bildirib  ki, Azərbaycan mediası 142 illik zəngin yol keçib. Yarandığı gündən etibarən Azərbaycan cəmiyyətini maraqlandıran, onun mənafeyinə uyğun olan maarifləndirmə işləri aparıldığını deyən Ə. Mehdiyev mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirib.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva isə Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb. 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə mətbuat üçün yaradılan şəraitdən danışıb, dövlət və mətbuat münasibətlərinin, medianın peşəkarlıq səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, ailə və qadın məsələlərinə münasibətdə medianın həssas və məsuliyyətli olmasının vacibliyi qeyd edib.

Konfransda ASAN Radionun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunub.

Tədbirin sonunda jurnalistlərə diplom və mükafatlar təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!