USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət"in internet səhifəsi yenilənib

“ASAN xidmət”in tam yenilənmiş korporativ saytı vətəndaşların istifadəsinə verilib.

ASAN-dan verilən məlumata görə, vətəndaşların rahatlığını təmin etmək üçün yaradılmış yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir.

Vətəndaşlar saytın “ASAN xidmətlər”, “ASAN Kommunal”, “Səyyar ASAN xidmət” bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər. “Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazılmaq mümkündür. “ASAN könüllülük” məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənmiş saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.

Yenilənmiş saytın “Statistika” bölməsində “ASAN xidmət”ə daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumatlar əks olunub. Saytın əsas səhifəsində həmçinin “ASAN Ödəniş” portalına keçid təqdim edilib. “Çağrı mərkəzi” bölməsində isə “ASAN xidmət”in 108 qısa nömrəsi ilə vətəndaşları dövlət xidmətləri haqqında məlumatlandıran “Çağrı mərkəzi”nin fəaliyyəti barədə məlumat yer alıb.

Saytdan istifadənin maksimum asanlaşdırılması üçün yenilənmiş və rahat daxili naviqasiya sistemi tətbiq olunub. Bu, vətəndaşlara cəmi bir neçə addıma onları maraqlandıran suallara cavab tapmağa imkan verir. Bundan başqa, “ASAN xidmət”in yeni saytı mobil telefon istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb və Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Saytın bu və digər yenilikləri ilə www.asan.gov.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!