USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ali məktəblərə IV qrup üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub. ASAN Radio xəbər verir ki, bu il IV ixtisas qrupu üzrə 3220 qəbul planı ayrılıb, onlardan 2755-i Azərbaycan, 280-ı rus, 185-i isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 1385-i dövlət sifarişi əsasında ayrılmış yerlərin payına düşür.

IV ixtisas qrupu üzrə kimya və psixologiya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Müalicə işi ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 100 yerin müsabiqəsində İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də qatılırlar.

Qeyd edək ki, bu il II ixtisas qrupu üzrə 12 924 qəbul planı ayrılıb, onlardan 9549-u Azərbaycan, 1375-i rus, 2000-i isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2086-sı dövlət sifarişli yerlərin payına düşür. II ixtisas qrupu üzrə iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.  

III ixtisas qrupu üzrə 9769 qəbul planı ayrılıb, onlardan 7702-si Azərbaycan, 1060-ı rus, 1007-si isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2265-i dövlət sifarişinin payına düşür. III ixtisas qrupu üzrə filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.  

İmtahan nəticələrinə əsasən II ixtisas qrupu üzrə 10 439 nəfər, III ixtisas qrupu üzrə 10 181, IV ixtisas qrupu üzrə 3084 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyiblər. Bununla da, onlar müsabiqədə iştirak etmək hüququ əldə ediblər.  

Dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəbləri ilə bərabər özəl ali məktəblər də iştirak edir. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.  

Bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız həmin müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.  

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.  

II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!