USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cəza çəkməkdən azad edilmiş 2447 nəfər birdəfəlik müavinətlə təmin edilib

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

ASAN Radioya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ƏƏSMN penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

Qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də davam etdirilir. Bu məqsədlə ƏƏSMN və Ədliyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, cari ilin ötən dövründə Bakı şəhərindəki Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, habelə 6 saylı, 2 saylı, 4 saylı, 7 saylı, 10 və 16 saylı və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.

Həmin cəzaçəkmə müəssisələrindəki peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə təşkil olunan kurslara cəza müddəti başa çatmaqda olan ümumilikdə 164 nəfər şəxs cəlb edilib. Onlardan böyük əksəriyyəti artıq bu kursları başa çatdırıb və onlara peşə şəhadətnamələri təqdim edilib.

Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsi yönündə də məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!