USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Barselona" rəqibi darmadağın etdi

"Barselona" 3 oyunun uğursuzluğunun əvəzini "Deportivo"dan çıxıb. İspaniya çempionatında 34-cü turun oyunları keçirilib. Çempionluq uğrunda mübarizə aparan klublar qələbə qazanıblar.

Gecənin ən çox qollu qarşıdurması Deportivoda baş verib. “Barselona” səfərdə "Deportivo"nu doğma azarkeşlər önündə biabır edib. Katalonlar 8 cavabsız top vurub. 8 qolun vurulduğu qarşılaşmada katalonların uruqvaylı ulduzu Luis Suarez 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Suares 21-ci əsrdə İspaniya çempionatında yeganə futbolçudur ki, bir oyunda 7 qolun vurulmasında iştirak edib. 

Bu matçda vurduğu 4 qolla Luis Suarez bir mövsümdə “Barselona” üçün qollarının sayını 49-a çatdırıb. O, braziliyalı əfsanə - sabiq futbolçu Ronaldonu qabaqlayıb. 

Braziliyalı 1996/97 mövsümündə bir mövsümə 47 dəfə fərqlənib. Digər qarşılaşmada səfərdə "Atletik Bilbao"nun qonağı olan "Atletiko Madrid" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Madrid "Real"ı isə öz meydanında "Eybar"ı (3:0) darmadağın edib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!