USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi" mövzusunda konfrans keçirib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi" mövzusunda konfrans keçirib.

ASAN Radionun  məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, dini konfessiya rəhbərləri, gənclər iştirak ediblər.

Tədbirdə ilk olaraq çıxış edəm Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov cəmiyyətdə vətənpərvərliyin təbliği zəruri və aktual olduğunu bildirib: "Gənclər arasında vətənpərvərliyin təbliğində təhsil müəssisələri, müəllim və pedaqoqlarla yanaşı din xadimləri, dini icmalar da iştirak etməlidirlər. Bu sahədə fəaliyyətimizin birgə koordinasiya edilməsinə ehtiyac var. Çünki gənclərin təhsil müəssisələrindən sonra ən çox üz tutduqları məkanlar dini ibadət yerlərdir. Ona görə də vətənpərvərliyin təbliğində dini icmaların rolu böyükdür. Bu gün konfransda müxtəlif dini konfessiyaların rəhbərləri iştirak edir. Bu, o deməkdir ki, vətənpərvərliyin təbliğində bütün dini konfessiyalar, icmalar yaxından iştirak etməlidir. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri bizim düşündüyümüzdən də vətənpərvərdir".

Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov mövzu ilə əlaqədar təqdimatla çıxış edib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov məruzə ilə çıxış ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!