19/10/2017 15:07

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Havadasan

2 avqustda gözlənilən hava şəraiti 


01.08.2017   14:17


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb  küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 2-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.  

Tibbi-meteoroloji proqnoz

Avqustun 2-4-də Abşeron yarımadasında isti hava şəraiti və rütubətliyin nisbətən çox olması meteohəssas insanlar üçün əlverişsizdir. 




Xəbər lenti

18 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook