USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əbülfəs Qarayev: Azərbaycanda turistlərin təhlükəsizliyi dövlət orqanları tərəfindən təmin olunur

Turistlərin təhlükəsizliyi Dünya Turizm Təşkilatının fəaliyyətində prioritet istiqamətlərdən biridir. Biz də bu sahədə mövcud olan müqavilələrə tam məsuliyyətlə qoşulmuşuq. Bu gün Azərbaycanda turistlərin təhlükəsizliyi təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, ümumiyyətlə, dövlət orqanları tərəfindən təmin olunmaqdadır. Turistin ölkəyə girişindən tutmuş gedişinədək bu məsələ ciddi nəzarət altındadır.

ASAN Radio xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə vətəndaşların qəbulu zamanı jurnalistlərə müsahibəsində səsləndirib. Bu sahədə mövcud problemlərə toxunan nazir deyib: “Bəzən məsuliyyətsizlikdənmi, səriştəsizlikdənmi bizi narahat edən faktlar ortaya çıxır. Həm qida baxımından, bəzən də asudə vaxtın keçirildiyi yerlərdə təhlükəsizliyin tam təmin olunmaması baxımından müəyyən problemlər var. Nazirlik olaraq biz müəyyən qaydalar hazırlayaraq bütün müəssisələrə təqdim etmişik. Turizm tamamilə özəl sektordur və bu gün müvafiq sahədə çalışan işgüzar insanlar bu məsuliyyəti hiss etməlidirlər”.

Dövlət tərəfindən bu sahəyə nəzarət funksiyasının gücləndirilməsinin vacibliyini önə çəkən nazir Əbülfəs Qarayev deyib: “Yeni qanun layihəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərinə nəzarətin gücləndirilməsinə dair müvafiq təkliflər irəli sürülüb. Bu qanun qəbul olunduqdan sonra onların icrasına başlanılır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!