USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsində müşavirə keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən ASAN Radioya bildirilib ki, tədbirdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan DQİDK-nın sədri Mübariz Qurbanlı xalqımızı vahid ideologiya-Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu bildirib. O, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib. “İslam Həmrəyliyi İli” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrindən danışıb.

Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva və Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovun hesabat məruzələri dinlənilib.

Məruzələrdə Dövlət Komitəsinin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması işinin təşkili, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər, bölgədəki dini durum haqqında məlumat verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!