USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq - Audio

Paytaxtın bəzi ərazilərində bu gün qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev ASAN Radioya bildirib ki, avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək "Qaz İxrac" İdarəsinin balansında olan diametri 700/500 mm-lik "Qaradağ-Digah-Hövsan" magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar "Sulutəpə", "Alatava" və "Təzə Qanlı Göl" Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilməsi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

"Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin səs yazısı:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!