18/12/2017 09:15

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


Havadasan

Bazar gününün hava proqnozu 


05.08.2017   12:13


6 avqustda gözlənilən hava şəraiti açıqlanıb. ASAN Radionun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 6-da hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 34-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 6-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.




Xəbər lenti

18 Dekabr
16 Dekabr
15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook