Qəbələ regional “ASAN xidmət” mərkəzinin fəaliyyətinin birinci ildönümü münasibətilə Bazardüzü zirvəsində “ASAN xidmət” mərkəzinin bayrağı dalğalandırılıb.
Qəbələ regional "ASAN xidmət" mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun baş mütəxəssisi Vəsilə Rəfizadə ASAN Radioya xəbər verib ki, Qəbələ “ASAN xidmət” mərkəzinin əməkdaşı - Rəsul Alməmmədov 10 avqust tarixində Mərkəzin fəaliyyətinin birinci ildönümünün tamam olması münasibətilə okean səviyyəsindən 4466 metr yüksəklikdə yerləşən Bazardüzü zirvəsində “ASAN xidmət” mərkəzinin bayrağını dalğalandırıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!