USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İran tərəfi Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini dəstəkləyir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti avqustun 7-də bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

ASAN Radio bildirir ki, görüşdə İran-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib. Nəzərə çatdırılıb ki, dünyada cərəyan edən gərgin siyasi proseslər həmrəyliyi zərurətə çevirib. Azərbaycan hər zaman İranın dəstəyini hiss edib. Hər iki ölkənin nümayəndələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, suverenliyinə hörmətlə yanaşır”, - deyən Məhəmməd Cavad Zərif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin islam həmrəyliyi ilə bağlı çağırışları təqdirəlayiqdir. O, hazırkı dövrdə İslam dünyasında həmrəyliyə böyük ehtiyacın olduğunu qeyd edib.

Nazir bildirib ki, İran tərəfi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini dəstəkləyir və bu istiqamətdə köməyini əsirgəməyəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən konfransa verdiyi dəstəyə görə İranın xarici işlər nazirinə təşəkkürünü bildirib. O, eyni mahiyyətli konfransın Prezident İlham Əliyevin qayğısı ilə digər İslam ölkələrində də keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!