USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zaqatala rayon ictimaiyyəti “ASAN xidmət” barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin “ASAN xidmət” barədə məlumatlandırılması məqsədi ilə 27 iyul 2017-ci tarixində Zaqatala rayon ictimaiyyət nümayəndələri və gəncləri ilə görüş keçirilib.

ASAN Radio xəbər verir ki, Zaqatala rayon Mədəniyyət mərkəzində keçirilən tədbiri giriş nitqi ilə şəhər icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il 13 iyul 685 nömrəli fərman əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” təsis edilib. Fəaliyyət göstərdiyi müddət ərzində əldə edilmiş nailiyyətlər və inkişaf istiqamətləri barədə məlumat verilib.

Daha sonra Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktor müavini Murad Kərimov çıxış edərək Qəbələ regional “ASAN xidmət” mərkəzi haqqnda ətraflı məlumat verib, göstərilən xidmət sahələri, könüllülük fəaliyyəti, həyata keçirilən və gələcəkdə həyata keçiriləcək sosial layihələrlə bağlı geniş nitq söyləyib. Regional mərkəzin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları əhatə etdiyini diqqətə çatdırıb.

Bundan əlavə, görüşdə mərkəzin əməkdaşları Arzu Qocayev, Nuranə Ağabəyli, Abbas Abdullayev və Şəbnəm Nərimanlı “ASAN xidmət”-in yaradılması, göstərilən xidmətlər, ümumi statistika, xidmət mərkəzləri, səyyar avtobuslar, kiçik səyyar xidməti, eləcə də, könüllülük fəaliyyəti, sosial aksiyalarla bağlı ətraflı məlumatı özündə əks etdirən təqdimatla çıxış ediblər.

Görüşün sonunda vətəndaşları daha çox maraqlandıran xidmət sahələri, könüllülük fəaliyyəti  ilə bağlı  verilmiş sualları cavablandırılıb. Eyni zamanda “ASAN xidmət”ə yeni daxil edilmiş xidmət növləri vətəndaşların nəzərinə çatdırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!