USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədilə görülən fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyinin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib.

ASAN Radionun MN-ə istinadən verdiyi xəbərinə görə, məruzə olunub ki, mərkəzdə Silahlı Qüvvələrin silahlanmasında olan döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək. Mərkəzdə mütəxəssislər tərəfindən sürücülər, tuşlayıcılar, operatorlar və digər ixtisaslar üzrə şəxsi heyətin hazırlanması üçün bütün şərait yaradılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzdəki silah anbarı, laboratoriya, digər xidməti və inzibati otaqlarla tanış olub. Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı brifinq təqdim olunduqdan sonra Müdafiə naziri onun fəaliyyətinin və imkanlarının artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!