22/08/2017 09:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7008 1.9988 0.0288 0.4835


ASAN xəbər

Baş nazir Artur Rasi-zadə Türkmənistan Prezidenti ilə görüşüb


08.08.2017   18:11


Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə avqustun 8-də ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

ASAN Radio xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən Baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. Artur Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunub, ölkəmizin bununla bağlı liderliyinin əhəmiyyətini qeyd edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Xəbər lenti

22 Avqust
21 Avqust







ASAN Radio telefonunuzda
Facebook