"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi regionumuz üçün strateji layihədir. Bunu İran parlamentinin spikeri Əli Laricani TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
Onun sözlərinə görə, "Şimal-Cənub" dəhlizi bütün ölkələr, o cümlədən Rusiya üçün faydalı ola bilər: "Rusiya bu dəhliz vasitəsilə Fars və Oman körfəzləri sularından istifadə imkanı əldə edə biləcək. Bu marşrut yüklərin daşınmasında Rusiyaya kömək edə bilər".
Ə.Laricani qeyd edib ki, bu marşrut üzərində olan bütün ölkələr onun üstünlüklərindən yararlana biləcəklər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!