13/12/2017 03:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


ASAN xəbər

Altı ay qarnındakı qayçı ilə yaşadı


10.08.2017   11:03


Türkiyənin Qaziantep vilayətində estetik əməliyyat olunan bir qadının qarnında qayçı qalıb.

ASAN Radio Anadolu Agentliyinə istinadla xəbər verir ki, Qürbətçi Əməl Bingöl adlı qadın altı ay sonra qarın ağrısı səbəbindən Almaniyadakı xəstəxanalardan birinə müraciət edib. Orada rentgen edilən Q.Ə.Bingölün qarnında qayçı qaldığı bildirilib. Türkiyənin Şanlıurfa vilayətindəki özəl xəstəxanalardan birində baş tutan cərrahi müdaxilə ilə qayçı qadının qarnından çıxarılıb.

Altı ay ərzində qarnında şişlər olduğunu, şiddətli ağrı hiss etdiyini və hərəkət etməkdə çətinlik çəkdiyini bildirən qadın ona dəyən maddi və mənəvi ziyana görə məhkəməyə müraciət edib.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook