USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib - Fotolar/Audioreportaj

ASAN Radio xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri”nin təşkilatçılıği ilə “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində layihənin təqdimatı keçirilib. 

Ölkənin 24 şəhər və rayonunu əhatə edəcək - “Könüllülər Yurdu-Azərbaycan” layihəsinin məqsədi - gənclərimizin maarifləndirilməsi, onların şəxsi inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi, könüllülük hərəkatının daha da genişləndirilməsidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev bu layihənin artıq 3 ildir keçirildiyini vurğulayaraq, məqsədin - könüllülük fəlsəfəsinin gənclərə çatdırmaq olduğunu qeyd edib.

Daha sonra çıxış edən "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov layihənin gənclər üçün önəmli olduğunu vurğulayıb. O, layihə çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyalar keçiriləcəyini də qeyd edib.

Tədbirlər çərçivəsində 1000-dən artıq gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 min nəfərdən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulub.

Gənclər arasında könüllü olmaq istəyənlər öz təəssüratlarını ASAN Radio ilə bölüşdülər.

Bakıda başlayan “Könüllülər Yurdu-Azərbaycan” layihəsi avqustun 24-də Qəbələdə başa çatacaq.

ASAN Radionun layihə ilə bağlı audioreportajını linkdən dinləyə bilərsiniz:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!