USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ağdamda “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı layihə uğurla icra olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən avqustun 11-də “Heydər Əliyev irsi və İslam həmrəyliyi”  adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, Ağdam rayonu İmamqulubəyli qəsəbəsi Mədəniyyət evində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşları Pərviz Eyvazov, Cavid Məlikzadə,  Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov, rayon ictimaiyyəti, icma üzvləri və müəllimlər iştirak ediblər.  

Tədbiri giriş sözü ilə  Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov açaraq layihənin icrası və əhəmiyyəti barədə məlumat verib.

Ağdam RİH-in nümayəndəsi Mehman Mustafayev məruzəsində bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədİ müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusundakı məruzəsində qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətimiz İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirib. O, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlandığını, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsindəki xidmətlərini, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!