USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ramil Quliyev: “Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb"

“Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb. Ümumiyyətlə, nəyə görə olmalıdır? Mənim xeyirimi istəməyən bəzi şəxslər vardı və yalnız bu səbəbdən ölkəni tərk etdim. Onlar mənə hazırlıq keçmək üçün şərait yaratmırdılar və Azərbaycanı beynəlxalq arenda layiqincə təmsil etməyimdə maraqlı deyildilər”.

ASAN Radionun “Report”a istinadən verdiyi məlumatına görə, bunu TASS-a müsahibəsində Türkiyəni təmsil edən və 200 metr qaçış üzrə dünya çempionu olan Ramil Quliyev Azərbaycanı tərk etməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.

27 yaşlı atlet bildirib ki, Türkiyədən əvvəl karyerasını Rusiyada davam etdirmək imkanı olub: “Azərbaycanlılarla türklər qardaş xalqlardır. Daha doğrusu, eyni xalqıq. Ona görə də Türkiyədə özümü rahat hiss edirəm. Dillərimiz oxşar olduğu üçün iki aydan sonra rahat türkcə danışa bilirdim. Türkiyədən əvvəl Rusiyadan təklif almışdım. Lakin proses yubandı. Türkiyə ilə bir neçə həftənin içində razılaşdıq. Rusiyada isə iki ay fikirləşdilər, amma təşəbbüs göstərmədilər”.

R.Quliyev növbəti hədəfinin 200 metr məsafəni 19,70 saniyəyə qaçaraq, Avropa rekordunu müəyyənləşdirmək olduğunu söyləyib: “İdmançıların imkanları sərhədsizdir. 200 metr məsafəni 18 saniyəyə qaçmağın mümkünlüyünə inanıram. Lakin bunun üçün fərqli məşq yanaşması lazımdır. İnsalar buna tədricən nail olacaqlar”.

Qeyd edək ki, R.Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.   

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!