USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ali məktəblərə qəbul olan tələbələrin siyahısı dərc edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının yeddinci nömrəsi çapdan çıxıb.

DİM-dən ASAN Radioya bildiriblər ki, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birgə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) nəşr edilib.

Bu nömrədə, eyni zamanda, həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları göstərilib. Həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumatlar yer alıb.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, eləcə də kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!