USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xalq artisti Alim Qasımovun bu gün 60 illik yubileyidir

Dünya şöhrətli xanəndə, Xalq artisti, Şərəf və Şöhrət ordenli Alim Qasımov bu gün 60 illik yubileyini qeyd edir.

ASAN Radio bildirir ki, Alim Qasımov 1957-ci il avqustun 14-də anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olan Alim Qasımov bir il sonra Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumunda iştirak edib.

Bir-birindən gözəl muğamların, təsniflərin, mahnıların mahir ifaçısı olan Alim Qasımov özünəməxsus səsi və avazı ilə nəinki Azərbaycanda, eyni zamanda xarici ölkələrdə də şöhrət qazanıb.

Xanəndənin 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub. 2010-cu ildə onun David Vendetta ilə birgə işıq üzü görən "I’m your Goddess" layihəsi də kifayət qədər səs-küyə səbəb olub.

Alim Qasımov eyni zamanda Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin, Birinci Avropa Oyunlarının və IV islam Həmrəyliyi Oyunlarının açılış mərasimlərində və digər mötəbər tədbirlədə çıxış edib.

Sənətkarı yubileyi münasibəti ilə ASAN Radio kollektivi adından təbrik edib, yeni sənət uğurları arzulayırıq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!