USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhranın 40 mərasimi keçirilib

Müdafiə nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, erməni vandalizminin qurbanlarının ailə üzvlərinə Müdafiə nazirliyi rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib.

Mərasim iştirakçılarına Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin "Məsum Zəhra" elegiyası təqdim edilib (sözləri A.Qurbaniyə, bəstəsi isə Fərahim Qulubəyliyə aid olan elegiya Əməkdar Artist Cahangir Qurbanovun ifasında lentə alınıb).

Zabitlərdən Elşad Əbilov, Yaşar Səfərov, Seymur Həbibullayev, Əməkdar Jurnalist, "Azərbaycan Ordusu" qəzetinin əməkdaşı Rəşid Faxralı və başqaları çıxış edərək Ermənistan silahlı bölmələrinin intensiv olaraq mövqelərimizi, eləcə də yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, dinc əhalinin həlak olmasının beynəlxalq qanunlara sığmadığını qeyd ediblər. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi heç vaxt dinc əhaliyə atəş açmır, düşmən atəşləri vaxtında susdurulur, təxribatların qarşısı qətiyyətlə alınır.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dediyi "Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı" sözləri xatırlanıb və xalqla ordunun Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqları bəyan edilib.

Erməni təcavüzü qurbanlarının ailə üzvləri, ağsaqqallar və ziyalılar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun faciədən dərhal sonra hadisə yerinə gəlməsini və zərər çəkənlərin ailə üzvləri ilə görüşməsini, ağır və üzüntülü günlərdə onlara ürək-dirək verməsini, dayaq olmasını yada salaraq, bu gün yenə də onların diqqət və qayğı ilə əhatə olunmasını minnətdarlıqla bildiriblər.

A.Qurbani nəzərə çatdırıb ki, bu yaxınlarda rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Müdafiə Nazirliyinin yeni layihələri: balaca Zəhranın xatirəsinə həsr olunmuş "Erməni təcavüzünün qurbanları: məsum körpələr" kitabı və Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının istehsalı olan "Məsum Zəhra" qısametrajlı sənədli filminin təqdimatı keçiriləcəkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!