USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllülər Yurdu - Azərbaycan” layihəsi davam edir - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə respublikanın 24 şəhər və rayonunu əhatə edəcək - “Könüllülər Yurdu - Azərbaycan” layihəsi davam edir.

ASAN Radio xəbər verir ki, avqustun 10-da start götürmüş layihə çərçivəsində növbəti tədbir Masallı “ASAN Həyat” Kompleksində yerləşən “Masallı Park Cinema”da baş tutub.

Tədbirdə çıxış edən “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova gənclərin maariflənməsi və inkişafında xüsusi rolu olan könüllülük prinsiplərindən danışıblar. 

Layihə çərçivəsində keçirilən təlimlərdə  “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları - Həsənxan Həsənxanlı və Elxan Şükürov Masallı, Yardımlı, Cəlilabad, Lənkərandan olan 150-ə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və bununla bərabər özünüinkişaf haqqında çıxış ediblər. 

Qeyd edək ki, “Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə 1000 nəfərdən artıq gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 min nəfərdən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur. 

Onu da qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-cı ildə keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!