USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün “Qarabağ” Çempionlar Liqasında tarixi oyuna çıxacaq

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.

ASAN Radionun məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadır.

Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidir. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda “Qarabağ”la “Kopenhagen”in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan “Qarabağ” 19 il sonra revanş almağa köklənib.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!