USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Q.Qurbanov: Özümdən çox, sizlərin bu himni eşitməsini istəyirdim. Mən də duyğulandım

“Həm futbolçularımız, həm də azarkeşlərimiz bu gün alqışa layiq idilər. Hər şey möhtəşəm idi”. ASAN Radionun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Kopenhagen”i qəbul edən Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov qalibiyyəti şərh edib: “Ağır oyun idi. Belə komandalarla oyunda çox güc sərf edirsən. Bu gün də bunun şahidi olduq. Futbolçularım səhvsiz oynamağa çalışdılar. Nəticə yaxşı oldu. Amma hesab arasındakı fərqi artıra da bilərdik. Səfərdə bizi daha ağır matç gözləyir. “Kopenhagen” öz meydanında çox yaxşı futbol göstərir. Rəqibi bu gün daha yaxından tanıdıq. Cavab görüşündə daha diqqəti və dəqiq oynamağa çalışacağıq. Bizi çox ağır 90 dəqiqə gözləyir. Buna baxmayaraq, uğurlu nəticə əldə etməyə çalışacağıq”.

- Cəmi 1 əvəzetmə etdiniz. Bu nə ilə bağlı idi?

- Məncə, oyun pis getmirdi. Son dəqiqələr də düşündüyümüz kimi alındı. Matçın gedişatı onu göstərdi ki, əvəzetməyə ehtiyac yoxdu. Buna görə də, yalnız 1 dəyişiklikdən istifadə etdim.

- Rəqibin baş məşqçisi cavab oyunu öncəsi “Qarabağ”ı favorit sayır. Onun fikri ilə razısınızmı?

- “Kopenhagen” bu hesaba hazır komandadı. “Vardar”a da səfərdə 0:1 hesabı ilə uduzmuşdular. Amma öz meydanlarında 4:1 hesablı qələbə qazandılar. Mən də evdəki matçda qol buraxmamağa böyük önəm verirəm.

- Cavab görüşündə Federiko Santanderə qarşı xüsusi tədbir görəcəksinizmi?

- Onun qarşısını əlimizdə olan futbolçularla almalıyıq. Hava mübarizəsində uduzsaq da, təkbətək epizodlarda məğlub olmadıq. Qapıçımız da bu gün çıxışlarda dəqiq oynadı. Səfərdə bugünkü matçdan 2 dəfə çox hava ötürmələri verə bilərlər. Biz buna hazır olacağıq. Bu gün nəyi düşünürdüksə, onun da şahidi olduq. Rəqibi daha yaxından tanıdıq.

- Hakimin idarəçiliyindən razı qaldınızmı?

- Mən hakimlərin idarəçiliyindən həmişə razı qalmışam. Hakimlik ən ağır peşədi. Çünki neçə insanın haqqı var. Mən bütün referilərə rahat oyun idarə etməyi arzulayıram.

- Xüsusilə, ilk hissədə Şehiç oyuna daha çox qoşulurdu. Bu, sizin tapşırığınız idi?

- Buna hazırlaşmışdıq. Çünki rəqib 2 hücumçu ilə oynayırdı. Buna görə də, Şehiçdən “joker” kimi istifadə edirdik. Ümumən, pis alınmadı. Bu, bizim üçün vacib element idi.

- Ndlovunu bu həftə çempionatda oyununda ehtiyatda saxlayıb, onu cavab görüşünə qorumağı düşünürsünüzmü?

- Ehtimal olsa ki, kiçik zədəsi var, onu qoruyacağıq. Sabah ümumi komandanın durumu ilə yaxından tanış olacam. Bu gün çox güc sərf etdilər.

- Künc zərbələri zamanı ucaboy futbolçu Donald Gerrye cərimə meydanında yox, daha çox topun arxasında olurdu. Bu nə ilə bağlı idi?

- Donaldın boyu 180-181 sm-di. O qədər də uzun deyil və ötürmələri yaxşıdı. Buna görə də, kornerləri ona tapşırmışdım. 

- “Qarabağ” Skandinaviya komandalarının qəniminə çevrilib...

- Futbolçu özünü hazırlayanda, konsentrasiyası olanda istənilən rəqibə qalb gəlməyə qadirdi. Rəqibin kim olmasının önəmi yoxdu. Futbolçularımız “böyüyüblər”, artıq avrokubokda böyük təcrübəyə malikdilər.

- Çempionlar Liqasının himnini eşitmək Qurban Qurbanov üçün necə hissdi?

- Özümdən çox, sizlərin bu himni eşitməsini istəyirdim. Mən də duyğulandım. Bu gün Çempionlar Liqasında mübarizə apardığımızı tam hiss etdik. Şad oldum ki, həmin himni Azərbaycanda eşitdilər, bütün azarkeşlə oyundan həzz aldılar.

- Matçın sonlarında ehtiyat oyunçuların geyindiyi “nakitka”dan istifadə etdiniz. Sizə soyuq idi?

- Dördüncü hakim belə istədi. Komanda ilə oxşar geyimdə olduğumu bildirdi. Ona geyimimin göy rəngdə olduğunu desəm də, fikrini dəyişmədi. Buna görə də, o qədər də xoşlamasam da, “nakitka” geyinməli oldum.

- Növbəti oyunları Olimpiya Stadionunda keçirə bilərsinizmi?

- Biz bu stadiona öyrəşmişik. Amma dəqiq bir söz deyə bilmərəm. Bunu gələcək göstərəcək.

- Transferlərlə bağlı çalışmalar nə yerdədi?

- Axtarışlar davam edir. Bir neçə futbolçunun klubuna da transfer pulu təklif etmişik. Əfsuslar olsun ki, hələ alınmır.

- Cavab matçından öncə çempionat görüşünə çıxmaq komandanızda konsentrasiya problemi yaratmayacaq?

- Xeyr. Neçə ildi ki, bu rejimdə oynayırıq. Düşünürəm ki, bu məqam bizə mane olmayacaq. Çempionat matçımızı təxirə salmaq barədə düşünmürük.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!