USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin birinci müavini Yaqub Eyyubov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub. 

ASAN Radio Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Baş Nazirin birinci müavini və Müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Dövlətimizin başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirən rəhbər heyət burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirib və şəxsi heyətlə birlikdə nahar edib.

***

Cəbhənin ön xəttində  səfərdə olan Baş Nazirin birinci müavini və Müdafiə naziri  həmçinin burada yeni inşa edilən hərbi şəhərcikdə yerinə yetirilən işlərin gedişatını da yoxlayıblar.

Məruzə edilib ki, hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargah, əsgər yataqxanaları, yeməkxana, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə kompleksləri, tibb məntəqəsi və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Görülən işlərə baxış keçirildikdən sonra, inşaat işlərinin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!