USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda İndoneziyanın müstəqilliyinin elan olunmasının 72 illiyi qeyd edilib - Fotolar

İndoneziyanın müstəqilliyinin elan olunmasının 72 illiyi ilə əlaqədar bu ölkənin Bakıdakı səfirinin iqamətgahında tədbir keçirilib. ASAN Radio xəbər verir ki, ilk olaraq İndoneziyanın dövlət himni səsləndirilib və "bayraqqaldırma mərasimi" keçirilib.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bey Fananie İndoneziyanın müstəqillik əldə edilməsi uğrunda keçdiyi yoldan danışıb və müstəqillik uğrunda həlak olan həmvətənlilərinin xatirəsini yad edib. Bu bayramın Azərbaycanda qeyd edilməsindən məmnunluq duyğusu keçirdiyini bildirən səfir Hüsnan bey Fananie Azərbaycanla münasibətlərin  ildən-ilə inkişaf etdiyini vurğulayıb: 

“Biz fəxr edirik ki, indoneziyalıyıq. Azərbaycan İndoneziya üçün qardaş ölkədir və Azərbaycan paytaxtında İndoneziyanın müstəqillik gününün qeyd olunması bizim üçün böyük fəxrdir.”

Daha sonra İndoneziya səfirliyi tərəfindən təşkil edilən müsabiqə qaliblərinin, eləcə də Azərbaycan Dillər Universitetinin İndoneziya dilini öyrənən tələbələrinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir  İndoneziya milli mətbəxinin təamlarının nümayiş etdirilməsi və bədii proqramla davam edib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!