USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanlı tələbə Çində keçirilən bodibildinq yarışında gümüş medal qazanıb - Foto/Audio

Pekin İdman Universitetində təhsil alan həmyerlimiz Sadiq Həsənov Çinin Sian şəhərində keçirilən “Bodybuilding and men’s physique DMS-2017” bodibildinq və fitnes-model açıq çempionatında gümüş medal qazanıb.

ASAN Radio xəbər verir ki, bodibildinq üzrə Çində keçirilən ən irimiqyaslı yarışlardan olan çempionatda 200-dən çox idmançı 6 kateqoriyada mübarizə aparıb.

S.Həsənov fitnes-model yarışında “A” qrupunda 38 idmançıdan üstün olaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Burada da hamıdan üstün olan həmvətənimiz final yarışında ikinci yerlə kifayətlənməli olub. “Men’s physique” ümumi kateqoriyasında isə həmyerlimiz S.Həsənov üçüncü yerə layiq görülüb.

Gənc idmançımıza gümüş medalı bodibildinq üzrə məşhur atlet Kay Qrin təqdim edib.

Bu, Sadiq Həsənovun ilk uğuru deyil. O, əvvəllər də bir neçə yarışda mükafatlara sahib olub.

Sadiq Həsənovun səs yazısı:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!