USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
V.Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün deyil, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"

"İndi də Müslüm Maqomayev adının Rusiya və Azərbaycan əlaqələrində xidməti böyükdür. Özü də zaman öz axarı ilə getsə də, onun bu xidmət azalmır, əksinə, çoxalır. Hazırda Rusiya telekanallarında bu yubileyə həsr olunmuş nə qədər verilişin nümayiş olunduğunu təsəvvür belə edə bilməzsiz".

ASAN Radio "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, M.Maqomayev haqqında hər şeyin danışıldığı təəssüratı yaransa da, hər dəfə onun bioqrafiyasında yeni məqamlar üzə çıxır və bu, insanlara üçün çox maraqlıdır.

"Başqa cür ola da bilməzdi. Çünki o, böyük istedad sahibi idi. Bu əlaqəni unutmamağımız, onu davam etdirməyimiz də yaxşı haldır. Məncə, Müslüm Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün deyil, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir", - səfir bildirib.

"Hər il iki dəfə - onun doğum və ölüm günündə məzarı ətrafına toplaşırıq", - diplomat vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!