USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.

ASAN Radio xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulanıb və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!