USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlin əvvəlindən bəri Dövlət Məşğulluq Xidməti 35,8 min nəfəri münasib işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək resurslarının səmərəli məşğulluğunun təminatı sahəsində məqsədyönlü tədbirləri davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, ötən ay nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə əlavə olaraq 2 173 nəfər işsiz və işaxtaranın münasib işlə təminatı həyata keçirilib. Bu ilin yanvar-iyul aylarında Xidmət tərəfindən 35 min 827 nəfərin peşə və ixtisaslarına, habelə əmək vərdişlərinə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda vakant iş yerlərində məşğulluğu təmin olunub və onların 8 min 922 nəfəri qadınlardır. Yanvar-iyul aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərin 11min 121 nəfərini gənclər təşkil edib.

Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 1400 nəfər işsiz və işaxtarana fərdi təsərrüfatlarının qurulması, beləliklə, onların və ailə üzvlərinin özünüməşğulluğunun təmin olunması üçün aktivlərin (mal və materialların) verilməsi nəzərdə tutulub. Cari ilin fevralından indiyədək onların 860 nəfərinə əsasən kənd təsərrüfatı sahələri üzrə aktivlər təqdim olunub və hazırda həmin proses davam etdirilir.

Yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısa müddətli iş üçün müraciət edən 1 631 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunub.

Həmin dövrdə nazirliyin xətti ilə 2 min 631 nəfər, o cümlədən 2 min 476 nəfər nazirlik yanında Dövlət Məşğulluq Xidməti, 155 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Əmək bazarının tələblərinə uyğun əməliyyatçı mühasib, avtomobil təmiri üzrə çilingər, kompüter istifadəçisi, qənnadçı, elektrik qaynaqçısı, elektrik montyoru, xalçaçı, mebel quraşdırıcısı, dərzi və s. peşələr üzrə təşkil olunan kursları bitirənlərə peşə sertifikatları verilib.

Cari ilin 7 ayında Xidmətin xətti ilə 62 min 641 gənc peşəyönümü tədbirlərinə cəlb olunub və həmin tədbirlər zamanı gənclərin əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçimi etməsi üçün onlara peşəyönümü məsləhətləri verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!