USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsində görüş olub

Avqustun 21-də Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.

Komitədən ASAN Radioya xəbər verilib ki, qonağı salamlayan sədr müavini ölkəmizdəki  dini durum barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan  müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Respublikamızda islam və qeyri-islam dini icmalara fəaliyyətlərinin genişləndirilməsi, vicdan azadlığının təmin edilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir, maliyyə yardımı ayrılır.

Səyavuş Heydərov qeyd edib ki, ABŞ Dövlət Departamentinin son günlərdə Azərbaycanda din azadlığına dair açıqladığı illik hesabatda dini durumdakı pozitiv məqamları əks etdirən bəzi məlumatların yer almasından məmnunuq. Lakin bununla yanaşı, hesabatda həqiqəti əks etdirməyən  bir sıra məlumatlar da yer alıb. Sədr müavini real faktlara əsaslanmayan həmin  məlumatlar ətrafında Dövlət Komitəsinini rəhbərliyi ilə ABŞ səfirliyi arasında dəfələrlə müzakirələrin aparıldığı, bu hallara aydınlıq gətirilməsinə baxmayaraq, onların yenidən hesabatda yer almasından təəssüfləndiyini diqqətə çatdırıb.

Gürüşün sonunda səmimi qəbula görə təşəkkürünü bildirən Villiam Solley həll olunmuş bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəccübləndiyini bildirib, eyni zamanda, belə qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın və müzakirələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!