Bu gün futbol üzrə Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçiriləcək.
ASAN Radio xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşəcək.
Paytaxt Astanada eyniadlı klub Şotlandiya "Seltik"ini sınağa çəkəcək. Bu komandalar arasındakı ilk qarşılaşma "Seltik"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu səbəbdən, "Astana"nın fərqi aradan qaldırması real deyil. Amma istənilən halda, Qazaxıstan çempionu ən azı Avropa Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnəcək.
Qalan 4 oyuna gəlincə, ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Türkiyənin "Başakşehir" klubunu İspaniyada "Sevilya" ilə çətin sınaq gözləyir. İstanbuldakı qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqəyə xeyli yaxınlaşıblar. İndi Türkiyə vitse-çempionları səfərdə ən azı 2 top vurmalıdırlar.
Çempionlar Liqası
"Pley-off" mərhələsi, cavab görüşləri
22 avqust
19:30. "Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya)
"Astana Arena"
İlk oyun - 0:5
22:45. "Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail)
Maribor, "Lyudski vrt" stadionu
İlk oyun - 1:2
22:45. "Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan)
Riyeka, HNK stadionu
İlk oyun - 1:2
22:45. "Nitsa" (Fransa) - "Napoli" (İtaliya)
Nitsa stadionu
İlk oyun - 0:2
22:45. "Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə)
Sevilya, Ramon Sançes Pisxuan stadionu
İlk oyun - 2:1
Daha 5 cavab görüşü avqustun 23-də olacaq:
22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
Praqa, "Eden Arena"
İlk oyun - 0:2
22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
Kopenhagen, "Parken" stadionu
İlk oyun - 0:1
22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
Buxarest, "Nasyonal" stadionu
İlk oyun - 0:0
22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
Liverpul, "Enfild" stadionu
İlk oyun - 2:1
22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə)
Moskva, MOİK stadionu
İlk oyun - 1:0
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!