USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsinin sədri Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 22-də Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, qonağı səmimi salamlayan Komitə sədri Qırğız Respublikası ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən danışıb.

Ölkəmizdə vicdan və etiqad azadlığının konstitusion təminat altında olduğunu bildirən Mübariz Qurbanlı dövlətimizin din siyasətinin demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını diqqətə çatdırıb.

Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini deyən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. M.Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Ölkəmizdə bu ilin Prezident  İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğuna diqqət çəkən Komitə sədri qeyd edib ki, müasir dövrdə İslam aləminin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var.

Səmimi görüşə görə minnətdarlığını bildirən Bakıt Yusupov deyib ki, Azərbaycanda dini ekstremizmə və radikalizmə qarşı mübarizə haqqında kifayət qədər məlumatları var və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasında maraqlıdırlar. Qonaq, eyni zamanda, Azərbaycan nümayəndə heyətini 28-29 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir dünyəvi dövlətdə İslam” adlı beynəlxalq konfransa dəvət edib. B.Yusupov qeyd edib ki, konfrans ölkələrin milli-mədəni kimliyinin qorunması, din pərdəsi altında yayılan radikal ideyaların qarşısının alınması, dövlət-din münasibətlərində demokratik dövlət idarəçiliyinin effektivliyinin gücləndirilməsi məqsədilə təşkil ediləcək.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı da iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!