USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq. 

ASAN Radio xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka "Kopenhagen"i ilə “pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək. 

Tarixində ilk dəfə ÇL-in “pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq. 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmada Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla qalib gələrək üstünlük əldə edib. İndi ÇL-in qrupuna düşmək üçün 1:2-dən başlayaraq istənilən minimal fərqli məğlubiyyət də Ağdam klubunun işinə yarayır. 

“Kopenhagen” avrokuboklarda son 10 ev oyunundan yalnız 1-də uduzduğu halda, “Qarabağ” cari mövsümdə hər iki səfər matçında qalib gəlib. “Qarabağ” indiyə qədər avrokuboklarda 83 oyun keçirib, bunlardan 32-də qalib gəlib və 29 görüşdə uduzub. Ağdamlılarla matç “Kopenhagen”in avrokuboklarda 178-ci oyunu olacaq. Paytaxt təmsilçisi əvvəlki oyunlardan 73-də qalib gəlib, 63 dəfə uduzub. Avrokuboklarda 88 ev oyunu keçirən danimarkalılar bunlardan 43-də qələbəyə seviniblər, 27 görüşdə isə yeniliblər. 

İndiyədək 4 dəfə (2006/2007, 2010/2011, 2013/2014 və 2016/2017) ÇL-in qrup mərhələsində çıxış etmiş “Kopenhagen” turnirin “pley-off” mərhələsində 6 dəfə iştirak edib və bunlardan 2-də qrupa düşməyi bacarıb. Paytaxt təmsilçisi ötən il Kipr təmilçisi APOEL-i, 2010/2011 mövsümündə isə Norveç “Rusenborq”unu keçib. Danimarkalılar Kipr APOEL-i (2009/2010), Çexiya “Viktoriya”sı  (2011/2012), Fransa "Lill"i (2012/2013) və Almaniya "Bayer"i ilə (2014/2015) mübarizədən məğlub ayrılıb. Ötən mövsüm ÇL-in qrup mərhələsində 3-cü yeri tutmuş "Kopenhagen" Avropa Liqasının 1/8 final mərhələsində oynamaq imkanı qazanıb və burada iki görüşün ümumi nəticəsinə əsasən, 2:3 hesabı ilə Hollandiya təmsilçisi “Ayaks”a uduzub. 

Digər tərəfdən, “Qarabağ”la görüş “Kopenhagen”in baş məşqçisi Stole Solbakken üçün avrokuboklarda 100-cü oyun olacaq.

Qeyd edək ki, bundadək “Qarabağ”la “Kopenhagen” 1998/1999 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində üz-üzə gəliblər. Danimarka təmsilçisi evdə 6:0, səfərdə 4:0 hesabı ilə qalib gəlib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!