USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır

Avqustun 23-ü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri və əklil qoyub.

Görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1993-cü ildə yaradılan, əsas vəzifəsi Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən 24 ildə böyük və şərəfli yol keçib. Prezident İlham Əliyev 2008-ci il avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidentinin 2017-ci il 22 avqust tarixli Sərəncamı ilə Xidmətin hərbçi qulluqçularının bir qrupu peşə bayramı günü münasibətilə orden və medallarla təltif edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!