USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səbətlər bəlli oldu: “Qarabağ” mərhələ keçsə...

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. ASAN Radionun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, əsas raundda iştirakı dəqiqləşən 27 komandadan yalnız “Seltik”in səbəti dəqiq deyil.

Pley-offu adlayan Şotlandiya çempionunun IV səbətdə yer alacağı gözlənilir. Lakin “Hoffenhaym”ı qəbul edəcək “Liverpul”un mərhələ keçməməsi qlazqoluları III səbətə göndərəcək. Çünki Almaniya təmsilçisi aşağı reytinqli olduğundan sonunculara qoşulacaq.

Bu gün baş tutacaq 5 dueldən yalnız Liverpuldakının qalibinin kimliyi hansı səbətdə yer almasına səbəb olacaq. Digər 4 cütdə isə mərhələ keçənin kimliyi rol oynamır. Bu cütlərin qalibi istənilən halda sonuncu səbətdə olacaq.

Azərbaycan çempionu “Qarabağ”ın “Kopenhagen”lə Danimarkadakı duelindən sonra mərhələ keçəcək komanda da IV səbətdə olacaq.

Qeyd edək ki, dünən mərhələ keçənlərdən “Sevilya” II, “Napoli” və “Olimpiakos” III, “Maribor” IV səbətə düşüb. “Seltik” isə İngiltərədəki matçı gözləyir.

Çempionlar Liqasının qrup mərhələsinin səbətləri 

I səbət

“Real”

“Bavariya”

“Çelsi”

“Yuventus”

“Benfika”

“Monako”

“Spartak” Moskva

“Şaxtyor”

 

II səbət

“Barselona”

“Atletiko”

PSJ

“Borussiya” Dortmund

“Sevilya”

“Mançester Siti”

“Porto”

“Mançester Yunayted”

 

III səbət

“Napoli”

“Tottenhem”

“Bazel”

“Olimpiakos”

“Anderlext”

“Roma”

“Beşiktaş”

“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi*

“Seltik”**

 

IV səbət

“Seltik”*

“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi**

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi

“Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi

MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi

“Feyenord”

“Maribor”

“Leypsiq”

Qeyd: Son iki səbətdə 9 iştirakçı göstərilib. Bunlardan ikisi üçün “Liverpil” mərhələ keçsə “*”, “Hoffenhyam” mərhələ keçsə “**” variantı keçərli olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!