USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

Avqustun 23-də Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, müşavirədə Baş nazirin müavini Əli Əhmədov, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da sahibsiz heyvanlar problemi mövcuddur. Əhalinin sağlamlığının qorunması, virus daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılmalı olduğunu vurğulayan Əli Əhmədov deyib: “Bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır. Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.

Müşavirədə problemin köklü həlli üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasının, bu məsələyə mətbuatın da geniş cəlb olunmasının vacibliyi vurğulanaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bu yaxınlarda Sumqayıt şəhərində sahibsiz itin dişləməsi nəticəsində azyaşlı uşağın həlak olmasına toxunan Baş nazirin müavini bildirdi ki, bu məsələ ciddi araşdırılmalıdır.

Sonda məsələnin ciddiliyi nəzərə alınaraq onun nəzarətə götürülüb həll olunması üçün təkliflər paketinin hazırlanması, profilaktik tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!