USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib

23 avqust - Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günü bu il Silahlı Qüvvələrimizin bölgədəki hərbi hissələrində fərqli şəkildə - işğal edilmiş əzəli və əbədi torpaqlarımıza tezliklə qayıdacağımıza inam günü kimi qeyd edilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, "Biz yurd yerlərimizə qayıdacağıq!" devizi altında keçirilən tədbirlərdə Füzuli və Cəbrayıl rayonlarının tarixi, milli adət-ənənələri, füsunkar  təbiəti, eləcə də görkəmli şəxsiyyətləri, qəhrəmanları haqqında ətraflı məlumat verilib.

Aprel döyüşləri zamanı yüzlərlə hektar torpağın işğaldan azad edildiyi, nəzarətə götürüldüyü və bunun nəticəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və böyük qayıdışın ilk köçünün yurd yerlərinə dönməsi böyük fərəh hissi ilə qeyd edilib.

Çıxış edənlər ordu ilə xalqın birliyindən danışıb, Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə hazır və qadir olduğunu bildiriblər.

Vətənpərvərlik hissinin daha da yüksəldilməsinə, yurd yerlərinə qayıdacağımız günə inam və ümidlərin daha da artmasına həsr edilən vətənpərvərlik mahnıları, hərbi marşlar, şeirlər döyüşçülər tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!