“Daha asan qrupa düşmədiyimiz üçün təəssüflənirəm. Lakin digər tərəfdən bəzi böyük komandalarla qarşılaşmaq da xoşdu”. ASAN Radionun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, bu sözləri İtaliyanın “Roma” klubunun futbolçusu Daniele de Rossi deyib.
Appenin təmsilçisinin kapitanı Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. De Rossi “Çelsi”, “Atletiko” və “Qarabağ”la birlikdə yer aldıqları C qrupunun güclü olmasından danışıb: “Əla motivasiyamız var. Azarkeşlərimizə unudulmaz gecələr olacaq. Çətin, eyni zamanda çox maraqlı qrupa düşmüşük. Bizim oyunlara hazırlaşmağa da vaxtımız var”.
Daniele ayrı-ayrı rəqiblər haqda da danışıb. İtaliyalı “Qarabağ” haqda məlumatının azlığını vurğulayıb: “Qarabağ” – bizim üçün tanış komanda deyil. Amma əgər onlar qrup mərhələsində iştirak edirsə, deməli, yaxşı keyfiyyətlərə malikdi”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!