USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"SMM 2017 Business breakfast" layihəsi start götürüb - Foto/Audioreportaj

"SMM2017 Business Breakfast" layihəsinin açılış mərasimi keçirilib. ASAN Radio bildirir ki, "SMM2017 Business breakfast" layihəsi artıq 2 ildir ki, ASAN Könüllülük Məktəbinin "ASAN Kadr" karyera mərkəzi tərəfindən "Azər-Türk Bank" ASC, "Qafqaz Baku Sport Hotel", "Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzi", "MyBrands" və "SMM Maker" kimi tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

#SMM2017 Business breakfast layihəsi bu sahədə marağı olan gənclərə gələcək iş həyatlarında böyük fayda verəcək proqram təqdim edir.

"ASAN Kadr” karyera mərkəzinin rəhbəri və “SMM 2017 Business Breakfast" layihəsinin ideya müəllifi Ləman Əhmədova ASAN Radioya müsahibəsində layihə haqda ətraflı məlumat verib:

"Layihə keçən il Azərbaycan Gənclər Fondu tərəfindən ayın layihəsi elan edilib, 15 spiker, 60 iştirakçını özündə cəmləşdirir."

Açılış mərasimində işitirak edən "Azər Türk Bank"ın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova ASAN Radioya müsahibəsində bildirib ki, bank "ASAN Kadr” karyera mərkəzi ilə mütəmadi olaraq əməkdaşlıq və gənc kadrların yetişməsində yaxından iştirak edir.

SMM2016–nin iştirakçıları düşünür ki, bu layihənin onların uğur qazanmaqlarında böyük rolu var. 

Qeyd edək ki, müəssisələri keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını təkmilləşdirmək məqsədi ilə “ASAN Kadr” karyera mərkəzi yaradılıb və 3 ilə yaxındır ki, fəaliyyət göstərir.

Layihənin media tərəfdaşı - ASAN Radiodur.

Audioreportajı buradan dinləyin:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!