14/12/2017 21:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0116 0.0290 0.4459


Havadasan

Sabahın hava proqnozu


28.08.2017   12:26


Avqustun 29-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Cənub  küləyi  axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən ASAN Radioya verilən məlumata görə, havanın temperaturunun gecə  21-25°, gündüz  30-35° isti, Bakıda gecə  21-23°, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 756  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 65-75 %, gündüz  45-55 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada arabir rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən  yağmursuz keçəcək.

Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  18-23°, gündüz  32-37° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti olacağı gözlənilir.




Xəbər lenti

14 Dekabr











ASAN Radio telefonunuzda
Facebook