USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

“Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub”.

Bunu ASAN Radioya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib. 

Müvəqqəti işlər vəkili Portuqaliya nümayəndəsinin bu səfərinin fərdi xarakter daşıdığını, Portuqaliya XİN-nin internet saytında Dağlıq Qarabağa səfərlərdən çəkinmək üçün ölkə vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunaraq, məsələ barəsində Azərbaycanın narahatlığının öz ölkəsinə çatdırılacağı bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Portuqaliya beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin noyabrında Portuqaliyaya rəsmi səfəri çərçivəsində Portuqaliyanın bu rəsmi mövqeyi ölkənin xarici işlər naziri və digər rəsmiləri tərəfindən bir daha səsləndirilib: "Ermənistan tərəfinin bu kimi lüzumsuz təxribatçı əməllərin əvəzinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar təkliflərinə uyğun olaraq konstruktiv addımlar atması regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə faydalı olardı”.

Hikmət Hacıyev onu da əlavə edib ki, haqqında bəhs olunan şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!