USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər

Bakıda keçirilən BMT-nin Sivilizasiya Alyansının VII Qlobal Forumu ilə bağlı 25-27 aprel tarixlərində paytaxtın bir sıra avtomobil yollarında hərəkət fasilələrlə məhdudlaşdırıla bilər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava limanından şəhər istiqamətində Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft dairəsi, Niyazi, həmçinin həmin marşrutla geriyə olan ərazilərdə üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması planlaşdırılır: “Paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Xüsusilə əsas tədbirin keçirildiyi Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə hər bir sürücünü diqqətli olmağa çağırır və süni sıxlığın, tıxacın yaranmaması üçün mümkün olduğu qədər şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!