USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qarabağın adı Avropada səslənəndə hamı xoşbəxt olur” – Dani Kintana

“Qarabağ”ın futbolçusu Dani Kintana ölkəsinin mətbuatına müsahibə verib. ASAN Radionun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, ispaniyalı yarımmüdafiəçi komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmasından, baş məşqçi Qurban Qurbanovdan və digər məqamlardan danışıb.

- “Qarabağ”a keçidiniz necə alınıb?

- Səudiyyə Ərəbistanında qısa müddət oynadıqdan sonra Azərbaycana yollandım. Əvvəlcə mənə çətin gəlirdi. Çünki FİFA-nın qaydalarına əsasən, ilk 6 ayda yeni komandamın heyətində meydana çıxa bilmirdim. Lakin komanda yoldaşlarımın və baş məşqçinin köməyi ilə getdikcə hər şey mənim üçün asanlaşdı.

- Formasını geyindiyiniz klub barədə nə deyə bilərsiz?

- Çox peşəkar klubdu. İnfrastruktur ən yüksək səviyyədədi və bu layihədə çoxlu insan çıxış edir. Hədəf dəqiq müəyyənləşdirilib. Komandada rəqabət də yüksək səviyyədədi. 

- Fərqli mədəniyyətə alışmaq sizin üçün çətin olmadı?

- Əvvəl Səudiyyə Ərəbistanında olduğuma görə, problem yaşamadım. İstənilən halda, mən ünsiyyətə açıq insanam. Buna görə də, getdiyim yerlərdə adaptasiya prosesini həmişə asan keçirmişəm.

- “Qarabağ”da ilk iliniz necə keçdi?

- İlk mövsüm mənim üçün çox uğurlu alındı. Həm çempion oldum, həm də bombardir. İkinci mövsümdə komanda eyni xətt üzrə hərəkət etdi. Amma mən dizimdən ağır zədə aldım və hələ də sıraya dönə bilməmişəm.

- “Qarabağ” təmsil etdiyi Ağdam şəhərindən 24 ildi ki, uzaq düşüb. Komanda özünü Bakıda necə hiss edir?

- Allaha şükürlər olsun, avrokubok oyunlarında ölkənin bütün azarkeşlərinin ürəyi “Qarabağ”la döyünür. Çünki Azərbaycanın, xüsusən də Qarabağın adı Avropada səslənəndə hamı xoşbəxt olur. Başqa ölkələrdə də Ağdamda baş vermiş hadisələrdən xəbər tuturlar. 

- Ağdama yollanıb, klubun köhnə stadionu və bazasını görmək imkanınız olub?

- Xeyr. Mənim oranı görmək imkanım olmayıb. Düşünürəm ki, indi Ağdama getmək təhlükəli olduğu üçün məsləhət görülmür.

- Klub öz tarixinə önəm verirmi?

- Əlbəttə ki, önəm verir. Komandamızda elə futbolçular var ki, onlar müharibədə ailələrini və evlərini itiriblər. Bütün ölkə anlayır ki, biz təkcə özümüz üçün yox, həm də millət üçün oynayırıq.

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması necə baş verdi?

- Klub buna nail olmaq üçün illərdi çalırdı. Məlum məsələdi ki, bu, çətin tapşırıq idi. Nəhayət, ağır iş, zəhmət öz bəhrəsini verdi, komanda ÇL-in qrup mərhələsinə vəsiqə əldə etdi. Azərbaycanın adının Çempionlar Liqasında səslənəcəyinə görə ölkədə hamı xoşbəxtdi və qürur hissi keçirir.

- Qrupdakı rəqiblər haqda nə düşünürsüz?

- Düşdüyümüz qrup mənim xoşuma gəlir. Çempionlar Liqasında top-komandalarla qarşılaşmaq bizə böyük təcrübə qazandıracaq. Təbii ki, oyunlar çətin keçəcək. Amma qrupda rəqabət yaratmaq və müsbət obraz formalaşdırmaq üçün sona qədər mübarizə aparacağıq.

- Digər ölkələrin çempionatları ilə müqayisədə Azərbaycan Premyer Liqası hansı səviyyədədi?

- Çempionat 4 dövrəli sistemlə keçirilir və 8 komanda mübarizə aparır. Yeganə mənfi cəhət budu. Ancaq çempionatın ümumi səviyyəsi çoxunu təəccübləndirə bilər. Avrokubokda “Qarabağ” kimi müntəzəm çıxış edən digər komandalar da var.

- Sonda 2008-ci ildən “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov haqda danışmağınızı istərdik...

- Qurbanov dəqiq ideyası olan və futbolçunu yaxşı tanıyan məşqçidi. Komandada yaratdığı bərabərliyi, futbolçulara qoyduğu hörməti əvvəl heç yerdə görməmişdim. Onu əsəbi və ya texniki zonadan qışqıran vəziyyətdə görmək çox çətindi. Şəxsən mən belə hesab edirəm ki, bu insan və onun komandası uzun müddət gördükləri iş, bir-birlərinə olan etibara görə uğuru haqq edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!