17/10/2017 22:26

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


Havadasan

30 avqustda gözlənilən hava şəraiti


29.08.2017   12:31


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 757  mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz  45-55 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  19-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. 




Xəbər lenti

17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook